Xəbər - Orxan Nəbiyev – Trend:
Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 9 nəfər həlak olub.
Yanğın xəstəxananın intensiv terapiya şöbəsində baş verib və sürətlə yayılmağa başlayıb. Hadisə zamanı xəstəxanada 113 nəfər müalicə olunurmuş.
Hazırda xəstələrin böyük əksəriyyəti digər xəstəxanalara keçirilib.