Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın “Aeroflot” şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını
bloklayıb.
Trend xəbər verir ki, bu barədə məlumat dövlət
administrasiyasının rəsmi aktlarını dərc edildiyi “Monitorul
Oficial” jurnalında yerləşdirilmiş əmrdə əks olunub.
Qeyd olunur ki, “Aeroflot” şirkətinin idarə heyətində və dolayı
yolla şirkətin nümayəndəliyinin vəsaitlərinə nəzarət edənlər
arasında Aİ tərəfindən sanksiyalar tətbiq edilmiş şəxslər
olduğundan müvafiq qərar qəbul edilib.