Rumıniyanın Birləşdirilməsi Alyansı Partiyasının (AUR) 10 mindən çox tərəfdarı Buxarestin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniyanın “G4Media” portalı məlumat yayıb.
Etiraz aksiyası “biz ölkəni satmırıq” devizi altında keçirilib. AUR üzvləri bütün Rumıniya sakinlərini “mövcud hökumətin təbliğ etdiyi antimilli və ailə əleyhinə fəaliyyətlərə” qarşı çıxmaq üçün mitinqə qoşulmağa çağırıblar.