Rumıniya yeni prezident seçir

Rumıniya yeni prezident seçir

Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Daimi Seçki Administrasiyasının sədri Toni Qreble deyib.

Məlumata görə, prezident postu uğrunda 13 namizəd mübarizə aparır.

“Ölkədə 19 minə yaxın seçki məntəqəsi var və xaricdəki seçki məntəqələrində də səsvermə davam edir”, – Qreble bildirib.

Namzidələr arasında Rumınların Birliyi uğrunda Alyansın lideri Corc Simion, hazırkı Baş nazir, Sosial-Demokrat Partiyasının dəstəklədiyi Marçel Çolaku, Rumıniyanın Xilası İttifaqı Partiyasının sədri Yelena Laskoni, NATO baş katibinin keçmiş müavini Mirça Coane, ordu generalı və sağ mərkəzçi Milli Liberal Partiyasının rəhbəri Nikolae Çuka kimi liderlər var.

Səsvermə yerli vaxtla 21:00-a qədər davam edəcək.

Ramıniyada seçkinin qalibi seçicilərin 50%-dən çoxunun səsini almalıdır. Hazırkı namizədlərdən heç birinin ilk turda bu səsi toplaya bilməyəcəyi sosial sorğularda üzə çıxıb. Ona görə də seçkilərin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Rumıniyanın hazırkı Prezidenti Klaus Yohannisdir.

Teqlər: