Rumıniyanın şimal, şimal-qərb və cənub hissələrində güclü
küləklər səbəbindən ölkənin on bölgəsində artan tufan təhlükəsi
kodu elan edilib.
Trend xəbər verir ki, sinoptiklər ən əlverişsiz vəziyyətin
Bakau, Braila, Qalatsi, Suçava, Tulça, Vrancea və İaşi
əyalətlərində olacağını proqnozlaşdırırlar. Bu ərazilərdə küləyin
sürətinin saatda 70-150 kilometr olacağı gözlənilir. Artıq rayon
rəhbərliyi yerli sakinlərə müraciət edərək, onları uzaq məsafələrə
mümkün qədər getməməyə, həmçinin park və meydanlarda gəzməkdən
çəkinməyə çağırıb.
Tufan xəbərdarlığı bu il aprelin 14-dək qüvvədə olacaq.