Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Konstantin İoniçe Rusiya diplomatik nümayəndəliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirə Rumıniya diplomatik nümayəndəliyindəki işçilərinin sayına kvotaların tətbiqi ilə bağlı nota təqdim edilib.

Bildirilir ki, bu qərar Rusiyanın Buxarestdəki səfirliyinə və Konstansadakı Baş Konsulluğuna qoyulan məhdudiyyətlərə qarşı simmetrik cavabdır.

Teqlər: