Rumıniya Azərbaycan və Gürcüstanla sualtı elektrik kabeli layihəsini dəstəkləyir – Nazir

Xəbər - Ləman Zeynalova – Trend:

Rumıniya Azərbaycan və Gürcüstanla sualtı elektrik kabeli layihəsini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Rumıniyann energetika naziri Vircil Popesku öz “Facebook” səhifəsində yazıb.

“Biz Azərbaycan və Gürcüstanla Qara dənizin dibi ilə elektrin enerjisinin nəql olunması üçün sualtı kabelin birgə inşası ilə mümkün əməkdaşlığa hazırdır”, – deyə nazir yazıb.

V.Popesku bildirib ki, Rumıniya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həm elektrik enerjisi istehsalı, həm də kimyəvi gübrələr istehsalı sahələrinə investisiyaları artırmasını dəstəkləyir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: