Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb

Ağsu rayonunda orta məktəblərin birində bomba həyəcanı
yaşanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mayın
4-də saat 04.50-də DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefondan
zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə
bomba var” deyərək telefonu qapadıb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi
xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: