Xəbər - Elnur Bağışov – Trend:
İranın hazırkı prezidenti Həsən Ruhani 13-cü çağırış prezident seçkilərində qalib gəlməsi münasibəti ilə İbrahim Rəisini təbrik edib.
Bu barədə Trend İran KİV-nə istinadən məlumat verib.
İranın Məhkəmə sisteminin binasında baş tutan görüşdə iki tərəf İran vətəndaşlarının seçkilərdəki iştirakı və onun İranın gələcəyinə təsiri haqda danışıqlar aparıblar.
Qeyd edək ki, İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb. İranda 13-cü çağırış prezident seçkiləri ötən gün keçirilib.