İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyadakı terrorçulara dəstək verməyə son qoymağı tələb edib.
Bu barədə H. Ruhani televiziyaya müsahibəsində bildirib.
“Səudiyyə Ərəbistanının Yəmənə müdaxilə etməsi, Yəmən və Suriyadakı terrorçulara dəstək verməsi Tehran və Ər Riyad arasında əlaqələrin yaxşılaşdırılmasına mane olan əsas səbəbdir. Səudiyyə Ərəbistanı terrorçulara dəstək verməyə son qoymalıdır”, – deyə Həsən Ruhani qeyd edib.