AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib.
O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.
Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.