Rüfət Hacıyev həbs olundu

Rüfət Hacıyev həbs olundu

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, R.Hacıyev Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Teqlər: