Rüfət Babayev dəfn olundu

Rüfət Babayev dəfn olundu

“Qaya” Dövlət Ansamblının direktoru, əməkdar artist Rüfət Babayev dəfn olunub.

AzerTimes xəbər verir ki, o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, R.Babayev iyulun 19-da 58 yaşında Moskvada vəfat edib.

Teqlər: