Rüfət Allazov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olundu

Rüfət Allazov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olundu

Polis polkovniki Rüfət Allazov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rüfət Vaqif oğlu Allazov 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.

2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər ərzində DİN-in Katibliyinin rəis müavini və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifələrində işləyib.