Rubl dollar qarşısında kəskin gücləndi

Rubl dollar qarşısında kəskin gücləndi

Rubl iyun ayı ərzində dollar qarşısında 16,34% güclənib.

AzerTimes xəbər verir ki, bu barədə məlumat Moskva birjasında əksini tapıb.

Bildirilib ki, Rusiya Mərkəzi Bankı dolların kursunu 1 iyul üçün daha 1,79 rubl ucuzlaşdıraraq, 51,45 rubl müəyyən edib, avro isə 2,31 rubl enib və 53,69 rubla düşüb.

Ümumilikdə isə iyun ayı ərzində dollar 10,05, avro isə 8,64 rubl ucuzlaşıb.

Qeyd edək ki, Rusiyada dolların satışı məhdudlaşıb, Moskva birjasında isə dollar yalnız dövlət ehtiyacları üçün alınır və onun qiymətini Mərkəzi Bank müəyyən edir.

Teqlər: