Ermənistan parlamentinin vitse-spikeri, xüsusi nümayəndə Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesi ilə bağlı Fransa səfiri Ann Luyoya hesabat verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Bundan əlavə, tərəflər Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional proseslərlə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Qeyd edək ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoq qurmaq üçün öz nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar bir neçə görüş keçiriblər.