Ruben göndərildi: Laçın yolunda aksiya başa çatır?

Ruben göndərildi: Laçın yolunda aksiya başa çatır?

Laçın yolundakı etirazın Ruben Vardanyanla (Qarabağdakı erməni separatçı tör-töküntüsünün keçmiş “dövlət naziri”) əlaqəsi yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsi, Azərbaycan sərvətlərinin talanmasının qarşısının alınması ilə bağlıdır:

“Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan “dövlət naziri vəzifəsi”ndən istefaya göndərilməsi ilə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır”.

Politoloq bildirib ki, Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz bitməyəcək.

Qeyd edək ki, Ruben Vardanyan bu gün “istefaya” göndərilib.

Teqlər: