Bir çoxlarının sevimlisinə çevirilən, “Bülbüllər” qrupunun keçmiş solisti olan Rubail Azimov yeni EP (mini-albom) təqdim etdi.
Mini-albom “Şəhid ailələrinə ithaf” adlanır.
Müğənninin ilk ifa etdiyi mahnı, 1999-c ildə öz bəstəsi və müəllifi olduğu “Azərbaycan” əsəri olmuşdur. 2008-ci ildə “Gəl” mahnısı, 2015-ci ildə “Qara gözlüm”, 2017-ci ildə “Divanə”, “Ayrı-ayrı”, 2018-cu ildə “Eşq”, 2019-cu ildə “Xəbərsiz”, “Bitsin artıq”, 2021-ci ildə “Bir gün o gələr”, “Biri var” duetləri və “Sözüm var”, “Yağışlar” və sair mahnılarını ifa edərək populyarlıq qazanmışdır.
Qeyd edək ki, Rubail Azimov 1999-cu ildə keçirilən Pöhrə-99 musiqi müsabiqəsinin iştirakçısı olub və müsabiqəsinin laureatıdır.