RT və “Sputnik”in yutub kanalları bağlanıb – “Google”

ABŞ-ın “Google” şirkəti “YouTube” videohostinqində Rusiyanın RT
(Russia Today) telekanalı və “Sputnik” agentliyi ilə bağlı
kanalları bağlamaq qərarı verib.

Trend-in
məlumatına görə, bu barədə “Google”un Avropa bölməsi bildirib.


“Ukraynada davam edən müharibə ilə əlaqədar biz bütün Avropa
boyunca RT və “Sputnik”lə bağlı kanalları dərhal bloklayırıq. Bu
prosesi reallaşdırmaq üçün bizim sistemlərimizə müəyyən vaxt tələb
olunacaq”, – deyə məlumatda bildirilir.