Bakı Dövlət Universiteti Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə münasibət bildirib.
AzerTimes xəbər verir ki, BDU-dan Oxu.az-a universitetin məzunları arasında Röyalə Nəcəfova adlı məzunun olmadığı bildirilib:
Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.