Röya Ayxan konsertlərini ləğv etdi

Röya Ayxan konsertlərini ləğv etdi

Röya Ayxan şəhidlərimizə görə Bakı və İstanbulda keçirəcəyi konsertlərini ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə sənətçi şəxsi İnstaqram hesabında məlumat yayıb.

“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm.

İstədim ki, qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”, – o bildirib.

Teqlər: