Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.
AzerTimes xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Saleh Yıldız olacaq.
Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.