Xəbər - Samir Əli – Trend:
Müdafiə Nazirliyinin sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri bilinib.
AzerTimes-ın məlumatına görə, R.Əkbərov qəsdən adam öldürməkdə təqsirləndirilib.
Məlumata görə, o, Ukraynada baş verən qətl hadisəsində günahlandırılıb. Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında R.Əkbərov saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.