Prezident İlham Əliyev R.İ.Abdullayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam verib.
Sərəncamla Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə R.Abdullayev Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilibş