Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü yanğın baş verib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, otluq ərazidə başlayan yanğın tullantılar olan əraziyə, daha sonra sənaye zonasına, oradan da avtoşinlərin saxlanıldığı anbara keçib.
Bildirilib ki, yanğının söndürülməsinə 90 yanğınsöndürən və 27 texniki vasitə cəlb edilib.
Alovların yanacaq və sürtkü materialları olan anbara da keçmə təhlükəsi var.
Yanğının sahəsi 5 min kv.m təşkil edir.