Rostova PUA-larla hücum…

Rostova PUA-larla hücum…

Rusiyanın Rostov vilayətində kamikadze dronlarla terror aktına cəhd edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rostov qubernatoru Vasili Qolubev məlumat verib.

“Bu gün səhər tezdən bölgəmizdə kamikadze pilotsuz uçan aparatlardan istifadə edilməklə terror aktına cəhd göstərilib. Hava hücumundan müdafiə sistemi uğurla işləyirdi.

İki pilotsuz uçuş aparatı Kamensk hərbi hissələrindən birinin ərazisinə, digəri isə Novoşaçtinskdən bir kilometr şimala düşüb”, – deyə o bildirib.

Qolubev qeyd edib ki, tələfat və dağıntı yoxdur.

Teqlər: