Rostov “Vaqner”i qarşılamağa hazırlaşır: “Qala plan”ı elan edildi

Rostov “Vaqner”i qarşılamağa hazırlaşır: “Qala plan”ı elan edildi

“Vaqner” muzdlu hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin Rostovu ilk hədəf elan etməsinin ardınca Rostov vilayətində “Qala planı” elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, əməkdaşlar həyəcan siqnalı ilə ayağa qaldırılıb. Onlar bunun təlim, yoxsa hansısa başqa səbəbdən olub-olmadığını bilmirlər.

“Qala planı” fövqəladə vəziyyətdə şəxsi heyətin xüsusi mühüm obyektlərin nəzarətini öz üzərinə götürməsidir. Plan həmçinin xüsusi hücumu dəf etməyə hazır olmağı nəzərdə tutur.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.

Teqlər: