“Rossiya 1”: Ermənistandan ABŞ-a nələr ötürülür…

“Rossiya 1”: Ermənistandan ABŞ-a nələr ötürülür…

İllərdir ABŞ İran haqqında məxfi məlumatlar toplayır. Amma sanksiyalarla mühasirəyə alınan, təcrid olunmuş bir dövlət haqqında bu tip məlumatları almaq hətta ABŞ kəşfiyyatı üçün də çox çətin olardı. Ona görə də Vaşinqton başqa plan ilə hərəkətə keçdi.

AzerTimes xəbər verir ki, bu fikirləri “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı illərdir ermənilərin maraqlarını qoruyan Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarov bildirib.

“ABŞ İrana ən yaxın olan “sürüşkən” mövqeli dövlət tapdı. Təsəvvür edin, ABŞ hələ uzun illər öncə Ermənistanda dünyadakı ən böyük səfirliyini açdı. Bu səfirlik böyüklüyünə görə hətta Ginnesin Rekordlar Kitabına düşdü. Dünyanın böyük və güclü ölkəsi olan Rusiya, Çin və yaxud Avropa dövlətlərində deyil, bab-balaca Ermənistanda Amerika ən böyük səfirlik açır, orada 2000 nəfərdən ibarət səfirlik əməkdaşı çalışmağa başlayır. 2 min nəfər səfirlik əməkdaşı? Əslində onların işi bəlli idi – İran haqqında məlumatlar toplamaq. Hazırda İranda vəziyyət gərginləşib. ABŞ hazırda İran haqqında ən xırda məxfi məlumatları da bilir. Vaşinqton bu regionda da planlaşdırdığı ssenari ilə hərəkət edir”, – deyə o qeyd edib.

Teqlər: