Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində əks-hücum keçirməyə cəhd edən Rusiya Milli Qvardiyasının komanda-müşahidə məntəqəsini məhv edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmini Natalya Qumenyuk deyib.
“İşğalçılar Borislav rayonunda iki istiqamətdə əks-hücuma keçməyə çalışsalar da, uğursuzluğa düçar oldular. Onlar öz mövqelərinə, ekstremal müdafiə xəttinə çəkildilər və orada dəmir-beton konstruksiyalarla möhkəmləniblər”, – Qumenyuk bildirib.