Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın “ROSEKSİMBANK” Səhmdar Cəmiyyəti Azərbaycanda Rusiya bazarı iştirakçılarının rəqabətqabiliyyətli və səmərəli təkliflərinin təqdim olunmasına kömək edəcək.
Bunu AzerTimes-a şirkətin İdarə heyətinin sədri Azər Talıbov deyib.
Onun sözlərinə görə, “ROSEKSİMBANK” Azərbaycan ərazisində bir sıra investisya layihələrinin reallaşdırılmasında iştirak edir:
“Şirkətin Azərbaycan ərazisində maraq dairəsinə ilk növbədə dəmiryol və avtomobil infrastrukturunun tikintisi, istehsl güclərinin yaradılması və tikinti materiallarının tədarükü sferalarında layihələr daxildir. Nəzərə alsaq ki, Azərbaycan azad edilmiş ərazilərə böyük investisiyalar qoyur, eləcə də bu istiqamətdə ciddi layihələr üzərində işləyir, o zaman biz Rusiya şirkətlərinin işi üçün kifayət qədər bpyük potensial görürük”.
O bildirib ki, “ROSEKSİMBANK” Azərbaycanda Rusiya bazarı iştirakçılarının yerli tərəfdaşlar üçün əqabətqabiliyyətli və səmərəli təkliflərinin yer almasına kömək göstərəcək:
“Ümumilikdə, biz Azərbaycanın stabil beynəlxalq reytinqə malik ölkə kimi investisiya cəlbediciliyini müsbət qiymətləndiririk. Biz başa düşürük ki, indi informasiya dialoqu təşkil etmək, müvafiq biznes strukturları arasında məlumat mübadiləsi həyata keçirmək vacibdir ki, zəruri layihlərin icrası üçün lazım kommunikasiya qurula bilsin”.
A.Talıbov əlavə edib ki, əqabətqabiliyyətli və səmərəli təkliflərinin daxili prioritetlərindən biri də, kreditləşmə həcmlərinin artırılması və biznes sektorlarının dəstəklənməsidir.
(Tərcümə: Orxan Nəbiyev)