Türkiyə “Rosatom” dövlət korporasiyasına ölkədə atom elektrik stansiyalarının tikintisi üçün ikinci sahə verəcək.
AzerTimes xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başqa bir sahənin bizə təhvil verilməsi ilə bağlı siyasi qərarın verildiyini açıq elan edib. Hazırda detalları öyrənirik. Çox güman ki, bu, Aralıq dənizində deyil, Qara dənizdə “Sinop” adlı bir sahə olacaq”, – o bildirib.
Qeyd edək ki, Türkiyədəki ilk atom elektrik stansiyası “Akkuyu” Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən tikilir. “Akkuyu”nun ilk bloku bu il işə salınacaq.