Tvitter rəhbərliyi Ukrayna barəsində atdığı tvitə görə “Roskosmos”un rəhbəri Dmitri Roqozinin səhifəsini məhdudlaşdırıb.
AzerTimes xəbər verir ki, bunu Roqozin Teleqram kanalında da təsdiq edib.
Tvitter administrasiyası Roqozinə izah edib ki, onun tviti sosial şəbəkə qaydalarını pozur – irqi, milli və etnik zəmində nifrətin qızışdırılması, təhdid və təhqir qadağandır.
Roqozin isə açıqlamasında deyib ki, tvitinin səhv olduğunu düşünmür.
Qeyd edək ki, Roqozin Ukraynanın rus xalqı, tarixi, dili və sivilizasiyası üçün böyük təhdid daşıdığını bildirmişdi:
“Əgər biz ukraynalıları yox etməsək – təəssüf ki, babalarımız onları yox etmədi – onda biz ölməli olacağıq və bu, nəvələrimizə daha baha başa gələcək”.