Rus qoşunları Dnepr çayının sol sahilində, Zaporojye cəbhə xəttinin Kamensk kəndində irəliləyərək yeni mövqelər tutub.
AzerTimes xəbər verir ki, bunu Rusiya İctimai Palatasının Suverenlik məsələləri üzrə komissiyasının sədri, Yeni regionların inteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov deyib.
“Zaporojye cəbhəsinin Stepnoqorsk istiqamətində Kamensk kəndi uğrunda döyüşlər davam edir. Ordumuz irəliləyir, yeni mövqelər tutur, düşməni tədricən sıxışdıraraq onu şimal kənarına çəkilməyə məcbur edir”, – o bildirib.