İtaliyanın “Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldu cari mövsümün sonunda komandanı tərk edə bilər.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə italyan “La Gazzetta dello Sport” nəşrinin jurnalisti Nikolo Çira “Twitter”ində bildirib.
Onun sözlərinə görə, buna səbəb futbolçunun maaşının ildə 31 milyon avro, yanı çox yüksək olmasıdır. N.Çira özünün mənbələrinə istinadən yazıb ki, klub Ronaldonu yayda satmağı düşünür.
Xatırladaq ki, 36 yaşlı Ronaldunun 2018-ci ildən üzvü olduöu “Yuventus”la müqaviləsi 2022-ci ilə qədər qüvvədədir, o beşqat “Qızıl top” mukafatının sahibi, beşqat Çempionlar Liqasının qalibidir.