UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyareal” klubunu qəbul edib.
AzerTimes-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən qarşılaşma meydan sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted”in heyətində qolları Aleks Telles (60-cı dəqiqə) və Kristiano Ronaldo (90+5) vurublar. Qonaqların yeganə qolunu 53-cü dəqiqədə Pako Alkaser vurub.
F qrupunun digər qarşılaşmasında İtaliyanın “Atalanta” klubu İsveçrənin “Yanq Boyz” klubu üzərində minimal hesablı qələbə qazanıb – 1:0. Oyunda yeganə qolu 68-ci dəqiqədə M.Pessina vurub.