İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Kristiano Ronaldonun qalmaqallı müsahibəsi ilə bağlı rəsmi açıqlama yayıb .
AzerTimes “Metro”ya istinadən xəbər verir ki, klub futbolçunu cərimələyəcəyini elan edib.
Bildirilib ki, klub Ronaldonu 1 milyon funt sterlinq cərimə ödəməyə məcbur edəcək.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”in baş məşqçisinin ona hörmət etmədiyini, rəhbərliyin də onu qovmağa çalışdığını bildirmişdi.