
“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo tezliklə karyerasını sonlandıracağını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə o jurnalist Piers Morqana verdiyi müsahibədə deyib.
Morqan 40 yaşlı Ronaldodan hansı yaşda karyerasını bitirəcəyi barədə fikri olub-olmadığını soruşub.
“Tezliklə. Amma düşünürəm ki, buna hazır olacağam. Çətin olacaq, bəli, yəqin ki, ağlayacağam, bu tamamilə normaldır. Bundan utanmıram, mən açıq insanam”, – deyə o bildirib.
Ronaldonun sözlərinə görə, o, özünü buna 25-27 yaşından hazırlayıb və təzyiqə tab gətirə biləcək.
“Əlbəttə ki, futbolu heç nə əvəz etməyəcək, amma özüm, ailəm və uşaqlarım üçün daha çox vaxtım olacaq”, – deyə futbolçu əlavə edib.

