Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo müqaviləsini uzada bilər.
AzerTimes xəbər verir ki, rəhbərlik portuqaliyalı hücumçunu klubda saxlamaq istəyir. Onunla müqavilənin 2026-ci ilə qədər uzadılması planlaşdırılıb.
Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 28 oyuna çıxıb, 33 qol vurub və 10 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.