Kristiano Ronaldunun yeni komandası “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.
AzerTimes xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.
Oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
Start heyətdə meydana çıxan Ronaldo sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun “Əl-Nəsr”də ilk rəsmi oyunu olub.