Ronaldo prokurorlar qarşısında ifadə verəcək

Ronaldo prokurorlar qarşısında ifadə verəcək

Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo “Yuventus” futbol klubunun maliyyə fırıldaqları ilə bağlı İtaliya prokurorluğunda ifadə verəcək.

AzerTimes xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb .

Məlumata görə, prokurorluq Ronaldoya 2020/21 mövsümündə pandemiya zamanı “kölgə” ödənişləri ilə bağlı klubla razılaşması ilə bağlı 47 sual verəcək. Futbolçunun nə vaxt ifadə verə biləcəyi hələlik məlum deyil.

Teqlər: