“Mançester Yunayted” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
AzerTimes xəbər verir ki, Kristiano Ronaldo mövsümün ən yaxşısı seçilib. Otuz yeddi yaşlı hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb. O, “Mett Basbi” kubokunu alıb.
Kriştiano Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur.
Portuqaliyalı futbolçu 2003/2004-cü, 2006/2007-ci və 2007/2008-ci il mövsümlərində “Mançester Yunayted”də ilin oyunçusu mükafatını alıb.
Qeyd edək ki, Kriştiano Ronaldo geridə qalan mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub.