“Real”ın hücumçusu Kriştian Ronaldonun nümayəndələri onun heç bir təqsirinin olmadığını bəyan ediblər.
Futbolçunun vəkili heç bir vergidən yayınma halının qeydə alınmadığını deyib.
Qeyd edək ki, Madrid prokurorluğu Ronaldonun 14,7 milyon avro vergidən yayındığını bildirərək məhkəməyə müraciət edib.
İyunun 30-a qədər məhkəmə iclası baş tutmalı və Ronaldo hakim qarşısına çıxarılmalıdır.
Madrid prokurorluğu Ronaldonun vergidən 2011-ci ildə 1,4 milyon, 2012-ci ildə 1,7 milyon, 2013-cü ildə 3.2 milyon və 2014-cü ildə 8.5 milyon avro yayındırdığını bildirib.