Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.
AzerTimes xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.
Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı oteldə karantinə alınıb.
Qeyd edək ki, Braziliya yığması 2002-ci ildə dünya çempionatının qalibi olub.