Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda rəsmi oyunda ilk qoluna imza atıb.
AzerTimes xəbər verir ki, “Əl-Fateh”lə səfərdə üz-üzə gələn Ronaldonun komandası hesabda 2-1 geridə olarkən, matçın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 34-ə çatdıran “Əl-Nəsr” liderliyə yüksəlib.