Ronaldo karyerasını nə vaxt başa vuracaq? – Özü açıqladı

Ronaldo karyerasını nə vaxt başa vuracaq? – Özü açıqladı

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

AzerTimes xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə UEFA Millətlər Liqasında Polşa ilə keçirilən matçdan (5:1) sonra danışıb.

Ronaldo futboldan həzz almaq istədiyini vurğulayıb:

“Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldo 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Teqlər: