Ronaldo gələndə mənimlə danışdı və dedi ki… – Fernandeş

Ronaldo gələndə mənimlə danışdı və dedi ki… – Fernandeş

Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş yığmadakı komanda yoldaşı Kristiano Ronaldo haqqında danışıb.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, o, 39 yaşlı hücumçunu tərifləyib:

“Məncə, Ronaldo haqqında bilmədiyiniz çox şey var. Kriştianonun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. Ronaldo əla rəqqasdır, yaxşı rəqs hərəkətləri var. Gülməli, həm də həyəcanlıdır. Buraya ilk gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim. Amma çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salaraq salam verdim və mən gələndə Kriştiano orada deyildi. Çünki mən milliyə çox erkən qatılmışdım. Ancaq Ronaldo gələndə mənimlə danışdı, adımı çağırdı. O mənə dedi: “Matçlarını gördüm, qol vurursan, “Sportinq”də əla oynayırsan”.

Qeyd edək ki, Kristiano Ronaldo hazırda “Əl-Nəsr”in formasını geyinir. 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Bruno Fernandeş isə 2017-ci ildən yığmada oynayır.

Teqlər: