Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo İsveçrə ilə 1/8 final oyunundan (6:1) sonra “Əl-Nəsr” klubuna keçidi ilə bağlı dərc edilən xəbərlərə aydınlıq gətirib.
AzerTimes xəbər verir ki, 37 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavab verib.
“Xeyr, bu, doğru deyil”, – Ronaldo bildirib.
Qeyd edək ki, K.Ronaldo “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır.