Ronaldo antirekorda imza atdı

Ronaldo antirekorda imza atdı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo XXI əsrdə antirekorda imza atıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sofascore” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda gerçəkləşib.

Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.

O, Avro-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.

Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.

Teqlər: