Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Kristiano Ronaldo anası Maria Dolores Aveyroya ad günündə bahalı hədiyyə alıb.
AzerTimes xəbər verir ki, portuqaliyalı hücumçu anasının ad gününü qeyd etmək üçün Madeyraya gedib.
Məlumata görə, Ronaldo anasına yeni “Porşe Kayenne” hədiyyə edib.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin ən yaxşı bombardiri olub.