Ronaldinyonun anası koronavirusdan vəfat edib

“Barselona” və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miquelina Dos Santos koronavirusdan vəfat edib.

AzerTimes-ın məlumatına görə, tanınmış futbolçunun anası 71 yaşında dünyasını dəyişib. O, ötən ilin dekabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, oktyabr ayında Ronaldinyonun özü koronavirusa yoluxmuşdu.

Teqlər: